• 23 Sentyabr 2024 07:27

“Trendyol” Azərbaycandakı ticarət mərkəzlərini necə çökdürür? – Ekspert çıxış yolundan danışdı

Türkiyənin ən böyük onlayn ticarət platforması olan “Trendyol” Azərbaycanda kifayət qədər populyardır. İnsanları “Trendyol”dan alış-veriş etməyə sövq edən əsas səbəb isə şübhəsiz ki, qiymətlərin münasib olmasıdır.

Maraqlıdır, “Trendyol”a kütləvi axın ölkədəki ticarət mərkəzlərinin işinə necə təsir edir?

Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, “Trendyol” insanların ucuz və keyfiyyətli məhsullara əlçatanlığını təmin edən onlayn ticarət şəbəkəsidir:

“Bu cür ticarət şəbəkəsinin mövcudluğu iri ticarət və biznes mərkəzlərinə ziyan vurur. Bu zaman həmin satış mərkəzlərində alver azalır. Bu da özlüyündə daşınma, arenda kimi xərclərin və maaşların ödənilməsində ciddi problemlər yaradır”.

Ekspert bidlirib ki, həmin ticarət şəbəkələri dövrün satış texnikaları və tərzini öyrənərək bunu öz iş mexanizmlərinə tətbiq etməlidirlər:

“Bütün dünya onlayn ticarətə keçir. Ticarət şəbəkələri də bu yeniliklə ayaqlaşmalıdırlar. Onlayn ticarətin məhdudlaşdırılmasına çalışmaq düzgün deyil. Müasir dövrün qaydalarına uyğun satış mexanizmi qurulmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər