“Birlikdə yaşaya bilmərik” – Zelenskinin arvadı DANIŞDI – VİDEO
Ukraynanın birinci xanımı Yelena Zelenskaya müharibənin ailələrə, o cümlədən öz ailəsinə necə təsir etdiyindən danışıb. Vladimir Zelenskinin həyat yoldaşının sözlərinə görə, müharibə onları ikiyə bölüb.
Tacxeber.com xarici mediaya istinadla xəbər verir ki, Almaniyanın ZDF kanalına verdiyi müsahibədə o, indi uşaqları ilə yaşadığını və ərinin daim işdə olduğunu və orada da yaşadığını etiraf edib.
“Hamımız indi bir yerdə yaşaya bilmərik. Bəli, bəzən bir-birimizi görə bilirik, amma hər zaman ola bilməz. Uşaqlar, əlbəttə ki, onun üçün darıxırlar.
Xoşbəxtlikdən, nə üçün mübarizə apardığımızı, onun nə uğrunda mübarizə apardığını, niyə biz yerdə ola bilmərik, bunu hamımız bilirik”, – Zelenskaya bildirib.