• 22 Sentyabr 2024 17:26

Aliment verməyənlər zorakılıq törətmiş sayılsın – Sədr müavini

 

Məişət zorakılığı edənlər məcburi reabilitasiyaya cəlb edilməlidirlər.

Tacxeber.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova parlamentdə “Məişət zorakılığı haqqında”  qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

O hesab edir ki, aliment verilməməsinin özü də məişət zorakılığıdır.

“Ailəyə, uşağa olan zorakılıqdır. Biz gələcəkdə təklif edəcəyik ki, aliment verməyənlər məişət zorakılığı törədən kimi qiymətləndirilsin”, – Qəhrəmanova qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər