• 24 Noyabr 2024 08:27

Bu hallar təhlükəli xəstəliyin əlamətləri ola bilər

 

İltihab nəticəsində yaranan qaraciyər ensefalopatiyası depressiyaya, hətta demensiyaya səbəb ola bilər.

Tacxeber.com xəbər verir ki, bu barədə qastroenteroloq Nikita Xarlov “RİA FederalPress” bildirib. Həkimin sözlərinə görə, xəstəliyin nəzərə çarpan əlamətlərindən biri xroniki yorğunluq və gündüz yuxululuğudur.

“Bu, insanlarda ali sinir funksiyalarının deqradasiyası nəticəsində baş verən xroniki qaraciyər xəstəliyinin ağırlaşmasıdır. Qaraciyər ensefalopatiyasının son dərəcə inkişaf etmiş mərhələlərini demensiyanın müstəqil forması hesab etmək olar. Üstəlik, adi demensiyadan fərqli olaraq, ağır ensefalopatiya ilə vəziyyət daha yüksək sürətlə pisləşir”, – Xarlov qeyd edib.

Onun sözlərinə görə, iltihablı qaraciyər öz əsas funksiyasını yerinə yetirməyi – toksinlərin orqanizmini təmizləməyi dayandırır. Bu zaman çürüntü məhsulları qanda qalır və beyni də zəhərləyir.

Xarlov yekunda əlvə edib ki, yuxululuqdan şikayət edən insanların təxminən 30%-də xroniki qaraciyər xəstəliyinin gizli forması yatır. Bu, bütün dünyada dominant olan alkoqolsuz və ya metabolik əlaqəli yağlı qaraciyər xəstəliyini əhatə edə bilər: hepatit və ya artan iltihab mərhələsi başlayana qədər insan bu barədə heç nə bilməyə bilər.

Tacxeber.com

Oxşar xəbərlər