İsrail ordusunun bölmələri Qəzza zolağında HƏMAS hərəkatının əsas dayaqlarından biri hesab edilən əş-Şücayyə şəhəri üzərində nəzarəti bərqərar edib.
Tacxeber.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, bölmələr məqsədyönlü əməliyyatlar keçirmək üçün ərazidə qalacaq.
Hərbçilər HƏMAS-ın əsas mövqelərinin zərərsizləşdirilməsini başa çatdırıb, mövqe əldə ediblər və Əl-Şücayyədə nəzarəti bərqərar ediblər. Məlumata görə, 188-ci briqadanın qruplaşması reyd zamanı HƏMAS-ın Şucayyə batalyonunun qərargahını ələ keçirib.
Hərbçilər əlavə edib ki, Şucayyədə əsgərlər “HƏMAS-ın yüksək səviyyəli fəallarının evlərində axtarışlar aparıb və kəşfiyyat materialları tapıblar”.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox girov götürülməsi ilə müşayiət olunub.
İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.