“Mən Cananaya dəfələrlə yalvarıb, demişəm ki, gəl, sənə hər şəraiti yaradım. Əslində, mən bunu etməməliyəm. Çünki qayınanadan gəlinə heç nə düşmür. Mən onu Allah yolunda etmişəm”.
Tacxeber.com Olay-a istinadla xəbər verir ki, bu sözləri “Elgizlə izlə” verilişində Əməkdar artist Mətanət İsgəndərli deyib.
O bildirib: “Demişəmi, gəl, sənə ev verim, hər bir şərait yaradım. İstəməyib. Deyib ki, oturmuşdum da evdə…
Bu adam azad olmaq, məşhurlaşmaq istəyir. məşhurlaşsın. Demişəm ki, heç olmasa qızına bax, mənə çətindir. Aparmayıb ki, özümə güclə baxıram. Milyon dəfə ona ev də təklif etmişəm. Demişəm ki, sənə əvvəllər necə baxmışamsa, ondan qat-qat artıq baxacağam. Uşaqlarına analıq et. Bu həyatda heç nə problem deyil. Ana yoxdur, ana axtarıram. Ana verə bilərsən?!
Uşaqlar getmirlər. Ana da onları aparmır. Ana aparsa, uşaqlar gedərlər. Uşaqlar qayğıya və sevgiyə möhtacdırlar. Onları səhərdən axşama kimi evdə tək qoyub gedir. Evdə tapılmır. Uşaqlar qalır dörd divar arasında.
Bir müddət Moskvada qaldıq, qayıdanda uşaqlar yalvardılar ki, anamızın yanına getmək istəmirik. Ona iki ev verərəm, amma uşaqlara yenə baxmayacaq. Uşaqlara ev lazım deyil, boş evi neynirlər?! Ana, ana sevgisi lazımdır. Ana evdə tapılmır, analıq etmir.
Kim deyir ki, mən günahkaram? Ən gözəlini Allah bilir. Haqq-ədalət öz yerini tapacaq. Göydə Allah, yerdə qanunlarımız. Sən nəvələr üçün narahat olma. Onların mənim kimi anaları var. Mən Moskvada ölümlə üz-üzə gəldim. Allaha yalvardım ki, o 3 uşaq üçün qoru məni.Ora da nəvələrim üçün getmişdim. Bu nə ailə, nə uşaq, nə də ki, qayınana söhbətidir. Canana özünü reklam edir. Doğma qardaşı deyir. Qara “piar” edir. Qoy, onu söysünlər, amma çoxlu baxış gəlsin.
Bir də əlimdənnəyim varsa, hər şeyi almaq istəyir. Dövlət ona hər şey verib. Qanunla oğlum Kərimin adına nələr var idisə, boşananda yarı-yarıya bölünüb. Ona artıqlaması ilə pul vermişik. Uşaqlar məndə qaldığına görə anaları Canana aliment ödəməlidir. Alimentdən imtina edib. Bu, qarşılıqlı olub. Barışıq olub aramızda.
Mən heç kimə hesabat verən deyiləm. Hesabatımı vicdanıma, bir də Allahıma verəcəyəm”.