“Putin qalib gələrsə, Ukraynanın taleyi necə olacaq?” – “Financial Times”
“Rusiyanın qələbəsindən sonra Ukraynanı repressiyalar cəhənnəmi gözləyəcək…”
“Qərb Ukraynaya ötən ilin müvafiq dövrünə nisbətən silah tədarükünü 90 faiz azaldıb…”
“ABŞ olmadan da Avropa Rusiyaya qarşı müharibədə tab gətirmək üçün Ukraynaya kömək etməyə tamamilə qadirdir…”
Qərbdə Putinlə barışıq siyasətinə dönüş fikri getdikcə populyarlıq qazanmaqdadır və bəziləri sülhə olan xəyali ümidlər naminə Ukraynanı Rusiyaya verməyin mümkünlüyünü müzakirə edir.
Bu barədə “Financial Times” nəşri yazıb.
Məqalədə deyilir ki, Qərbin Ukraynaya ayırdığı yardım artıq ötən ilin müvafiq dövrünə nisbətən 90 faiz azalıb.
Qərb seçiciləri ultrasağçı putinyönlü siyasətçiləri tərəfindən təhrik edilərək Ukraynada müharibədən “yorulur”.
Nəşr qeyd edir ki, Rusiyanın qələbə ssenarisi getdikcə daha ehtimal olunandır. Əgər bu, həqiqətən baş verərsə, Rusiya qələbəsinin beş əsas nəticələri olacaq.
1. Rusiya Ukraynanın bütün zəbt olunmuş ərazilərində qəddar repressiyalar törədəcək. Bu, spekulyasiya deyil, çünki biz son 19 ayda işğal edilmiş ərazilərdə məhz bunları-kütləvi edamlar, kastrasiyalar, zorlamalar, işgəncələr və uşaqların oğurlanmasını artıq görmüşük.
Nəşr rusiyalıların hərbi müdaxilədən öncə Ukraynanın “aradan götürülməli” olan ictimai xadilmlərinin tərtib edilmiş siyahılarını xatırladır. Nəticədə milyonlarla ukraynalı bu dəfə həmişəlik olaraq Qərbə qaçacaq.
2. Ukrayna dövlətindən qalan azad bir hissə ölkənin qərb regionları ərazisində saxlanıla bilər, hətta Avropa İttifaqına daxil də ola bilər.
Lakin bu dövlət Rusiya tərəfindən daima yeni hücum gözləntilərilə yaşayacaq. Axı Rusiya ilə imzalanan “müqavilələrin” heç bir dəyəri yoxdur.
3. Putin dünyada buğda ixracının təxminən dörddə bir hissəsinə nəzarət edəcək. Qida əvvəllər qazın olduğu kimi, Rusiyanın silahına çevriləcək.
4. Putinin uğuru qonşularına hərbi müdaxilədə maraqlı olan Çin, Venesuela və elə həmin Rusiyanı şirnikləndirəcək. Putin artıq hərbi iqtisadiyyatını qaydaya salıb.
Onun ordusu müharibənin aparılmasının öz metodlarını yeniləyib. Onun əhalisi hətta böyük müharibəyə də dözəcəyini göstərib. Nədən qonşu dövlətləri hissə-hissə qoparmaqda davam etməsin ki?