“Elə bir adam yoxdur ki, cənab İlham Əliyevdən yaxşı prezident olsun. İlham Əliyevin gördüyü işlərə, hərtərəfli fəaliyyətinə görə ona alternativ yoxdur. Əliyev seçiləcək. Mən də ona səs verəcəyəm”.
Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.
R.Balayev 7 fevral növbədənkənar prezident seçkilərinə namizədlik irəli sürənlərə isə belə deyib: “Namizədliklərini irəli sürənlər elə-belə, havayı şeydir. Bugünkü reallıq budur ki, İlam Əliyevdən başqa Prezidentliyə heç bir namizəd ola bilməz”.
O, dövlət başçısı İlham Əliyevin ömürlük prezident seçilməsi barədə fikirlərə də münasibət bildirib: “Niyə ömürlük olsun? Birdəfəlik Prezident olsa, onda dünya ictimiayyətində belə fikir yaranar ki, Azərbaycanda totalitarizmdir. Yeddi ildən bir keçiriləcək, həmişə də İlham Əliyev seçiləcək, ömrünün axırına kimi…”