• 24 Noyabr 2024 02:03

Şahramanyan “Artsax”ın buraxılması “fərmanı”nı ləğv etdi – Deputatdan

“”Artsax”ın buraxılması haqqında fərman artıq mövcud deyil”.

Bu barədə separatçıların sonuncu lideri Samvel Şahramanyanın müşaviri Vladimir Qriqoryan açıqlayıb.

O, qeyd edib ki, 1 yanvar tarixli fərmanı ləğv edən sənəd 19 oktyabr tarixində imzalanıb: “Artıq həmin fərmanla hesab edə bilərik ki, Şahramanyan sentyabrın 28-də imzaladığı sərəncamı ləğv edib. Başqa sözlə, “Artsax” 2024-cü ildən sonra fəaliyyətini davam etdirəcək”.

Məsələ ilə bağlı deputat Aydın Mirzəzadə “Unikal”a açıqlamasında bildirdi ki, Azərbaycan dövlətinin apardığı güclü siyasət nəticəsində torpaqlarımız artıq işğaldan azad edilib: “Bu gün bütün ərazilərimiz suveren hüquqlarımızla təmin edilib.

Həmin siyasi aktyorların nə etdiyi və nə edəcəkləri bu gün Azərbaycanı maraqlandırmır. Onların özlərinin uydurduğu qurum isə Azərbaycan Ordusunun bir günlük antiterror əməliyyatı nəticəsində məhv edilib. Yəni bu gün onlar Ermənistanın daxilində istədikləri hərəkəti etməkdə sərbəstdirlər. Azərbaycan bundan sonra heç bir zaman öz ərazisində hər hansı bir qondarma qurumun konstitusiyamıza zidd olaraq fəaliyyət göstərməsinə icazə verməyəcək”.  (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər