AFFA prezidenti Rövnəq Abdullayev Peşəkar Futbol Liqasının avtomobil qəzasında xəsarət almış rəsmilərini – prezident Elxan Səmədovla vitse-prezident Aslan Şahgəldiyevi ziyarət edib.
Sports.az xəbər verir ki, onların hər ikisinin sağlamlıq durumunda pozitiv dinamika müşahidə olunur.
Səmədovla Şahgəldiyevin yeni ilə kimi evlərinə buraxılacaqları gözlənilir.
Xatırladaq ki, PFL rəsmiləri Xankəndiyə səfər edərkən avtomobil qəzası keçirdikləri üçün əməliyyat olunublar.