Cərrah əməliyyat masasında 82 yaşlı qadını döydü – VİDEO
Çində cərrahın əməliyyat zamanı etdikləri hər kəsi şoka salıb.
Musavat.com xəbər verir ki, 82 yaşlı qadını göz əməliyyatı edən cərrah qəfildən onu yumruqlamağa başlayıb.
Hadisənin görüntüləri ortaya çıxdıqdan sonra araşdırma başladılıb. Xəstənin oğlu anasının sol gözünün kor olduğunu deyib.
Araşdırmalar zamanı məlum olub ki, sözügedən əməliyyat 2019-cu ildə olub. Hadisənin görüntüləri yayıldıqdan sonra cərrah ilə bağlı cinayət işi açılıb.
Hazırda araşdırmalar davam edir.