• 24 Noyabr 2024 08:03

Miqrendən əziyyət çəkənlər MÜTLƏQ OXUSUN

 

Son günlər şiddətli ağrılarla müşahidə olunan miqren xəstəliyinin çox yayıldığı bildirilib. Mütəxəssislər bununla bağlı yeni araşdırma ediblər.

Araşdırmalar hər miqren hücumunun beyni zədələdiyini ortaya çıxarıb. Hücumlar beyində damar tıxanmasına səbəb olur. Xəstəlik irəliləmədən həkimə müraciət edilməlidir. Soyuqdəymə, hava miqren ataklarının tezliyini artırır.

Mütəxəssislər bildirir ki, bu səbəbdən duş qəbul edib çölə çıxmayın. Bol su istehlak edilməsi lazımdır.

Həddindən artıq ağrıkəsici istifadəsi miqreni xroniki hala gətirir. Miqren tutma tezliyinə görə müalicə edilir. Ayın 10-15 günü ağrı varsa, nevroloqdan kömək istənilməlidir. Bu xəstəliyi tamamilə aradan qaldırmaq mümkün deyil. Müalicə sadəcə ağrıları azalda bilər. Bu da beyinin zədələnmə riskini azaltmaq üçündür.

Tacxeber.com

Oxşar xəbərlər