• 28 Noyabr 2024 05:26

Çin də özünün “Vaqner”ini yaradır

 

Çin dünyanın əlverişsiz bölgələrində xarici layihələrin təhlükəsizliyini təmin etmək üçün tədricən öz şəxsi hərbi şirkətlərini yaratmaq niyyətindədir.

Tacxeber.com xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Bildirilib ki, Çin-Afrika İş Şurasının və Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı ilə Pekində keçirilən seminarda Çin vətəndaşlarının və müəssisələrinin təhlükəsizliyinin təmin edilməsi mövzusu müzakirə edilib.

Tədbirdə Çinin ən böyük təhlükəsizlik şirkətləri, Xarici İşlər Nazirliyinin rəsmiləri iştirak edib.

Qeyd olunub ki, hazırda dünyanın müxtəlif ölkələrində Çin kapitalı ilə 47 min şirkət fəaliyyət göstərir. Onlar əsasən enerji, mədənçıxarma, infrastruktur və istehsal sektorlarında layihələrdə iştirak edirlər.

Çinin Kommersiya Nazirliyinin hesabatına əsasən, bu şirkətlərdə işləyənlərin sayı 4.1 milyon nəfərdir. Onların da 2.5 milyonunu əcnəbilər təşkil edir.(axar.az)

Tacxeber.com

Oxşar xəbərlər