• 26 Noyabr 2024 09:32

Reflüksün öhdəsindən gəlməyin sadə yolları

 

 

Son zamanlarda reflüks xəstəliyindən əziyyət çəkənlərin sayı artmaqdadır. 

Bilməyənlər üçün qeyd edək ki,  mədə möhtəviyyatının qida borusuna geri atılması və onu zədələməsi reflüks xəstəliyi adlandırılır.

Reflüks xəstəliyi tez-tez rast gəlinən  xəstəliklərdən sayılır.

Reflüks zamanı mədədəki maddələr qida borusuna atılır.  Bu isə normal deyil. Çünki  qida borusu  qidanın geriyə deyil, mədəyə daxil etmək funksiyasını daşıyan orqandır.

Özü-özlüyündə qastroezofageal reflüks patoloji proses deyil. Sağlam adamda reflüks gün ərzində bir neçə dəfə məsələn, yağlı yeməkdən sonra rast gəlinə bilər. Yəni, günə bir-iki reflüks normal sayılır. Lakin reflüks müntəzəm olaraq özünü göstərirsə və bu, mədədəki maddələrin çoxlu miqdarda xaric olunması ilə müşayiət olunursa, artıq söhbət ciddi patologiyadan gedir. Belə əlamətlər qida borusu iltihabına və bir sıra başqa simptomlara gətirib çıxara bilər.

Reflüks daha çox yaşlı insanlara aid xəstəlikdir, kişilərdə qadınlara nisbətən 2 dəfə çox rast gəlinir.

 Reflüks problemi ilə mübarizə etmək, həyat keyfiyyətini artırmaq və mədədə yanma hissini aşağı endirmək üçün bəzi qidalar sizə dəstək ola bilər. Bu qidalardan siz daimi istifadə edəcəksinizsə həkimlə məsləhətləşin.

Tacxeber.com ümumilikdə reflükslə mübarizədə sizə dəstək olacaq  qidaların siyahısını oxucuları ilə bölüşür.

Lifli tərəvəzlər: Qabıqlı tərəvəzlər, brokoli, kələm, gül kələmi, kök kimi lif baxımından zəngin tərəvəzlər reflüksə yaxşı təsir edə bilər.

Yüngül zülal qaynaqları: Yağsız və ağ ətlər, toyuq, hind toyuğu, balıq kimi zülal qaynaqları seçim edilə bilər.

Tam taxıllı məhsullar: Tam taxıllı çörək, qəhvə rəngli düyü, yulaf əzməsi kimi məhsullar  həzmi asanlaşdıra bilər.

Yumşaq meyvələr: Turşu nisbəti aşağı olan banan, qovun, şaftalı kimi yumşaq meyvələr seçim edilə bilər.

Yüngül süd məhsulları: Yağsız süd, qatıq, lor pendiri kimi yüngül süd məhsulları reflüksə qarşı yaxşı seçimdir.

Qaynadılmış kartof və badam: Bu qidalar mədəni yatıraraq rahatlamağa kömək ola bilər.

Yaşıl yarpaqlı tərəvəzlər: Kahı, reyhan, cəfəri kimi göylər əla seçimdir.

Reflüksünüz varsa,  bu qidalardan uzaq durun! 

Pomidor və sitrus meyvələri: Xüsusilə pomidor və portağal kimi turş meyvələrdən qaçın və ya bişmiş şəkildə istehlak edin.

Həddindən artıq ədviyyatlı və kəskin qidalar: Acı və həddindən artıq aromalı ədviyyatlar reflüksü artıra bilər.

Kafein və qazlı içkilər: Qəhvə, çay və qazlı içkilər mədəni narahat edə bilər.

Yağlı və qızardılmış yeməklər: Yağlı və ağır yeməklər həzmi çətinləşdirə bilər.

Şokolad və saqqız: Reflüksə səbəb ola biləcək şokolad və saqqızdan uzaq durun.

Reflüksün  Əlamətləri Nələrdir?

Əgər aşağıdakı əlamətlərdən bir neçəsi sizdə varsa, reflüks problemi yaşaya  bilərsiniz. Reflüksün əlamətləri şəxsdən-şəxsə  dəyişə bilər, ancaq bu əlamətlərdən hər hansı biri varsa həkiminizə müraciət etməkdə fayda var.

Mədə turşuması,  qıcqırması
Gəyirmə
Sinə ağrısı
Boğazda yanma
Öskürək
Udma çətinliyi
Boğazda ilişmə hissi
Hıçqırıq
Ağız qoxusu
Ağızda turş dad
Nəfəs darlığı
Ağıza acı su gəlməsi

Tacxeber.com

Oxşar xəbərlər