• 25 Noyabr 2024 04:38

“Mən prezident olsaydım, nə Ukrayna, nə də İsrailə hücumlar baş verməzdi” – Tramp

“Bütün bunlar ona görə baş verir ki, bizim prezidentimizə və bizim ölkəmizə hörmət edilmir, bunları görmək çox kədərlidir…”

 

“HƏMAS-ı bitirmək lazımdır, mənə deyirdilər ki, İŞİD-ə qalib gəlmək mümkün deyil, amma mən bunun öhdəsindən bir neçə aya gəlməyi bacardım…”

Tramp Baydenin İranla bağlı ciddi səhvlərini göstərib və İsrailə büsbütün dəstək verib.

İndiki seçki marafonunda iştirak edən ABŞ-ın sabiq prezidenti Donald Tramp Baydenin İran və İsraillə bağlı siyasətinə münasibət bildirib.

Bu barədə o, Amerikanın tanınmış aparıcısı Hyu Hyuittə verdiyi müsahibəsində bəyan edib. Məlumatı “cursorinfo.co.il” nəşri yayıb.

Hyu Hyuitt xatırladıb ki, məhz Trampın dönəmində İsrailin paytaxtı Qüdsə köçürülüb və Avraam sazişləri bağlanıb.

“Sizin İsrail ilə iş təcrübəsini nəzərə alaraq Co Bayden tərəfindən İsrailə bugünkü dəstəyi necə qiymətləndirirsiniz?”- aparıcı sual edib.

 

“Baydeni həqiqətən pis vəziyyətə salan üç il öncə baş verənlər olub. Mən prezident olanda İran müflis olmuşdu. O zaman İranla iş aparanlar Birləşmiş Ştatlarla iş apara bilməzdi.

Onlardan əvvəllər neft alanlar bilirdi ki, bizi İranla iş görmürük (bunlar Hindistan və Fransa olub, bu barədə mən o zaman Si Tszinpinə demişdim). İranın heç nəyi olmayıb, “Hizbullah” üçün pulları olmayıb. İranın böyük problemləri olub.

Sonra isə Bayden gəlib bütün sanksiyaları ləğv edib və onları zənginləşdirib. İndi onların 250 milyard dolları var. Onların əksəriyyət ölkələrdən çox pulları var, çoxlu nəğd pulları var. İndi onlarla danışmaq mümkün deyil, çünki onlar çox zəngindir və ABŞ-la danışmayacaqlar”, – Tramp deyib.

O, həmçinin Baydenin yerində olanlara oktyabrın 7-dən sonra Amerikanın İraqda və Suriyada hərbi kontingentlərinə hücum edən İranın proksiləri ilə necə davranmaq lazım gələcəyi barədə sualı cavablandırıb.

“Mən onlara o qədər güclü zərbə vurardım ki, – harada edəcəyimi demək istəmirəm, amma bunu dəqiq bilirəm, elə onlar da bunu bilir, – mənimlə heç vaxt belə davranmazdılar, çünki onlar kasıb olacaqdı”, – Tramp qeyd edib.

Eyni tərzdə ABŞ-ın sabiq prezidenti onun Yəmən husiləri tərəfindən təhdidlərə necə münasibət göstərəcəyi barədə sualı da cavablandırıb.

“Bu, heç vaxt baş verməzdi. İsrailə heç vaxt hücum olmazdı. Bağışlayın, Ukraynada da bu baş verməzdi. Bunlar bu gün ona görə baş verir ki, bizim prezidentimizə, bizim ölkəmizə hörmət edilmir. Hyu, bunları görmək çox kədərlidir…

Onlara heç vaxt olmayan güclü zərbə endirmək lazım idi və bununla da hər şey bitəcəkdi”, – Tramp əmin edib.

O, xatırladıb ki, məhz onun hakimiyyəti dönəmində ABŞ İŞİD-ə qalib gəlib: “Onlar mənə deyirdilər ki, İŞİD-ə qalib gəlmək mümkün deyil, buna 4-5 il zaman lazımdır. Mən isə bunu bir-neçə aya həll etdim, 100 faiz öhdəsindən gəldim”.

“ABŞ HƏMAS-ın tamamilə məhvinədək İsrailə dəstək verməlidirmi?” sualına cavabında o, buna müsbət yanaşıb.

“HƏMAS-dan qurtulmaq gərəkdir. Onlar bunu etməlidir. İnsanlar oktyabrın 7-ni inudublar, anlayırsınızmı? Bu, inanılmazdır”, – Tramp deyib.

“Bəli, 7 oktyabr mənim nə zamansa gördüklərimdən daha pisidir, amma mən 11 sentyabrı görmüşəm”, – Hyu Hyuitt deyib. (Moderator)

 

Tacxeber.com

Oxşar xəbərlər