• 24 Noyabr 2024 17:50

Ölən dilənçinin evindən görün nələr tapıldı

 

İraqda xəstəxanada dünyasını dəyişən dilənçinin evində aparılan axtarış zamanı 380 mindən çox dollar tapılıb.

Tacxeber.com xəbər verir ki, İraqın paytaxtı Bağdadda xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən yaşlı dilənçinin öləndən sonra milyonçu olduğu ortaya çıxıb.

Dilənçinin ölümündən sonra onun qardaşları şəxsiyyət vəsiqəsini götürmək üçün getdikləri evdən çantalarda milyonlarla dollar tapıblar. Qardaşlar bacılarına məxsus pul və qızılları maşına yükləyərkən məhəllə muxtarlığının əməkdaşları hadisə yerinə gəliblər. Polisin evə baxışı zamanı qızılla birlikdə 380 mindən çox dollar da tapılıb. Polis ölən qadının qardaşlarını saxlayıb.

Dilənçinin evində axtarışa qatılan polis məmurlarından Muhammed Salih Mehdi ifadəsində belə deyib: “Tağım zabiti mənə zəng edərək Əl-Kazımiyyə bölgəsində ölüm xəbərini verdi. Biz hadisə yerinə çatanda ölən dilənçinin qardaşları evdən pul çıxarırdılar. Dərhal bu iki nəfəri saxladıq”.

Qadının qonşuları dilənçiliklə çörəkpulu qazanan qadına çox kömək etdiklərini, tənha qadına daim yemək verdiklərini bildiriblər. Ölən qadının oğlunun polis əməkdaşı olduğu iddia edilib.

Tacxeber.com

Oxşar xəbərlər