Pilotsuz uçuş aparatları (PUA) gündən-günə daha çox çəkindirici silaha çevrilməyə davam edir. Bu çərçivədə bir çox ölkə bu tip silahların istehsalına diqqət yetirməyə başlayıb.
Musavat.com xəbər verir ki, “Gravity” nəşri ən çox pilotsuz uçuş aparatına sahib olan ölkələr açıqlayıb.
Belə ki, siyahıda Türkiyənin sıralaması diqqət çəkib. Bu sahəyə ciddi sərmayələr qoyan Türkiyə 3-cü yerdə qərarlaşıb.
Məlumatda qeyd olunur ki, Türkiyənin müdafiə sənayesi təşkilatları olan TUSAŞ, Baykar, HAVELSAN, STM tərəfindən hazırlanan və xaricdən alınan PUA-lar da daxil olmaqla cəmi 978 pilotsuz uçuş aparatı inventarda, xidmətə hazır vəziyyətdə gözləyir.