• 24 Noyabr 2024 09:07

Yumurta neçə dəqiqə qaynadılmalıdır? – Sağlamlıq üçün təhlükə

Yumurta neçə dəqiqə qaynadılmalıdır? – Sağlamlıq üçün təhlükə

Yumurta qaynadarkən edilən səhv sağlamlıq üçün ciddi təhlükə yaradır.

Tacxeber.com xəbər verir ki, düzgün bişirildikdə bir çox faydası olan yumurta iilə bağlı bəzi səhvlərə yol verilir.

Zülalla zəngin sağlam qida olan yumurtanın ən sağlam istehlakı onları qaynadıb yeməkdir. Qaynadılmış yumurta istifadəsi idmanla məşğul olanlar üçün xüsusilə vacibdir. Əzələlərin inkişafına kömək edən bu təam səhər əvəzolunmaz yeməkdir. Amma yumurtanın yanlış şəkildə qaynadılması bütün faydalarının yox olmasına səbəb olur.

Onu uzun müddət qaynatma düzgün deyil. Yumurta sarısı ətrafındakı yaşımtıl-boz halqaları, yəqin ki, görmüsünüz. Bu halqalar ifrat qaynamada yaranır. Onlar dəmir sulfid halqalarıdır.

Bu halqalar orqanizmin dəmirdən istifadəsinə mane olan aktiv maddədir. O bütün faydaların yox olmasına səbəb olur.

Dəmir sulfid halqası yumurtalar 10 dəqiqədən çox qaynadıldıqda peyda olur.

Tacxeber.com

Oxşar xəbərlər