• 23 Noyabr 2024 21:21

“Mehriban xanımla bir-birimizi sevirdik, sonra…”-Elarizdən illər sonra gələn ETİRAF-FOTO+ÖZƏL

“Amerikada yaşamağı heç vaxt düşünməmişəm. Sadəcə olaraq bu mənim qismətimə yazıldı. “Green-card” lotoreya oyununa ərizə vermişdim və qalib gəldim. 7-ci il qazandım. Zəng edib məni təbrik etdilər. Mən Azərbaycandan birdəfəlik getməmişəm. Bu gün də Azərbaycanda evim var. Nə vaxt gəlsəm orada qalıram. 2-3 aya vətənə geri dönəcəyəm. Hal-hazırda Amerikada restoranda çalışıram, toylara da dəvət alıram. Arada konsertlərimi də təşkil edirlər. Bəzən haqqımda şayiələr gəzir, bu da normaldır. Əgər bir müğənni haqqında heç bir şayiə yoxdursa demək ki, o populyar deyil”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elariz Məmmədoğlu deyib. O daha sonra övladlarından danışıb.

 “Mən ilk növbədə övladlarımı tərbiyə etmişəm və başa salmışam ki, həyatda necə insanla yola çıxmaq, ailə həyatı qurmaq olar. Bu tərbiyəni verəndən sonra onların seçimləri sərbəst olub. Öz sevib-seçdikləri insanla ailə həyatı qurublar. Oğlum da, qızlarım da. Tövsiyyəm bu olub ki, bir-birinizə, adət ən-ənələrimizə hörmətlə yanaşın” deyə bildirib.

Elariz Məmmədoğlu kişilərin qadınlara məxsus əməliyyatlar etdirməsini qınayıb.

“Amerikada yaşadığım şəhərdə bir avtomobil çilingəri ilə rastlaşdım. O, Türkiyəyə gedərək orada saç əkdirib. Həqiqətən də görünüşündə müsbətə doğru dəyişiklik var. Saç ona yaraşır. Vaxtilə saçı olub, sonra keçəlləşib. Sonradan qazanılan keçəlliyi, qulaq-burun əyriliyini və digər qüsurları aradan qaldırmaq olar. Bu ayıb deyil. Xüsusilə də bu gün tibb inkişaf edib. Amma kişi niyə dodaqlarını şişirdib, qaşını almalıdır?! Və yaxud sinəsini niyə böyütdürməlidir? Mənim belə şeylər xoşuma gəlmir. Bəlkə də mən geridə qalmışam, amma bu mənim düşüncəmdir” deyə müğənni deyib.

Elariz Məmmədoğlu tanınmış aktrisa, əməkdar artist Mehriban Xanlarovanı vaxtilə sevdiyini də etiraf edib.

“Mehriban xanım mənim tələbə yoldaşımdır. Çox istedadlı, öz sözünü deyən bir aktrisadır. Amma biz gənclik illərimizdə bilmirdik ki, mən məşhur müğənni, o isə məşhur aktrisa olacaq. Sadəcə olaraq bir-birimizdən xoşumuz gəlirdi. Bir-birimizi sevirdik. Sonra nəsə alınmadı. Bu günki günə qədər bizim dostluğumuz davam edir. Mən ona bir insan, aktrisa kimi hörmət bəsləyirəm”- deyə müğənni bildirib.

Tacxeber.com

Oxşar xəbərlər