• 24 Noyabr 2024 08:54

“Samsung” Rusiyadan tankerlər üçün avadanlıq istehsalını dayandırdı

“Samsung” şirkəti “Zvezda” gəmiqayırma zavodunda tikilən Rusiya qaz tankerləri üçün avadanlıq istehsalını dayandırıb. 

Bu barədə “Dünya News” telekanalı məlumat yayıb.

“Samsung” beş gəmi üçün komponentlər və avadanlıqları tamamlamaq üzrədir”, deyə şirkət sözçüsü bildirib.

Eyni zamanda, qalan 10 gəmi üçün “Samsung” artıq bölmə və avadanlıq istehsalını dayandırıb, lakin müqavilələr hələ də ləğv edilməyib.

Bundan əvvəl məlum olmuşdu ki, Cənubi Koreya Rusiya və Belarusa tədarüklər üçün məhdudlaşdırıcı siyahıya daha 682 növ ixrac malını əlavə edəcək. Məhdudiyyətlərin genişləndirilməsinin səbəbləri arasında bu əşyaların hərbi məqsədlər üçün istifadə edilməsinin “yüksək ehtimalı” daxildir. Eyni zamanda, Seul yoxlamalardan sonra və bir sıra şərtlərə riayət etməklə fərdi icazələr vermək niyyətindədir. (Valyuta)

Tavcxeber.com

Oxşar xəbərlər