• 22 Sentyabr 2024 08:49

Afət: “Flora xanımın yolu düşsə, gəlsin, qulluğunda duraq”

Müğənni Afət Fərmanqızı ilə Xalq artisti Flora Kərimova arasındakı qalmaqal səngimək bilmir.

Bir neçə gün öncə efirlərin birində qonaq olan Xalq artistinin bu mövzunu yenidən gündəmə gətirməsi ilə müzakirələr yenidən alovlanıb.

Afət Fərmanqızı Xalq artistinin ona həsəd apardığını, məhz buna görə sözügedən qalmaqalı davamlı olaraq gündəmə gətirdiyini deyib:

“Afət ailə qurub, ərə gedib və gəlib Rusiyaya. Flora Kərimova da mən gedəndən sonra məni məhkəməyə verib ki, camaata desin ki, Afət mənə görə çıxıb getdi. Onun məhkəməyə vermədiyi adam qalmayıb. Onda belə çıxır ki, məhkəməyə verdiyi hər adam ölkədən çıxıb gedir?! Burada ölüm-itim yoxdur, sadəcə iki arvadın davasıdır. Özünü deyəsən, böyük adam zənn edir…

Məhkəməyə verdiyi hamı ona qalib gəlib, inşallah, mən də gələrəm. Mənim üçün hava xoşdur, orada nə olur-olsun, ailəmlə xoşbəxtəm. Şəxsi həyatımda da, iş həyatımda da hər şey istədiyim kimidir, dövran mənimdir! Flora mənə baxıb köks ötürür, qazandığım pullar onu “yandırır”. Bundan sonra da çox yanacaq”.

Sənətçi Rusiyada restoran sahibi olduğunu açıqlayıb və Xalq artistini oraya dəvət edib:

“Hələ Floranın restoranımızdan xəbəri yoxdur. Restoranımız Ufa şəhərində yerləşir, “Praqa” adı ilə məşhurdur, hər kəs də tanıyır. Flora xanımın bura yolu düşsə, gəlsin, qulluğunda duraq”. (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər