• 24 Noyabr 2024 13:28

Baku Medical Plaza-dan ŞİKAYƏT “200-300 azn ödəniş etmişəm, amma analizlərin CAVABINI ALA BİLMİRƏM”

Baku Medical Plaza-dan ŞİKAYƏT "200-300 azn ödəniş etmişəm, amma analizlərin CAVABINI ALA BİLMİRƏM"

 

Vətəndaşlardan biri Baku Medical Plaza klinikalar şəbəkəsindən şikayətçi olduğunu bildirib. Vətəndaş bu klinikanın xəstələrlə maraqlanmadığını, eyni zamanda Baku Medical Plaza rəhbərliyindən, əməkdaşlarından və iş mexanizmindən şikayətçi olduğunu bildirib.

Tacxeber.com xəbər verir ki, bu barədə xəstəxanaya müraciət edən vətəndaşlardan biri “facebook”un “şikayətin var” səhivəsində paylaşım edib.

Tacxeber.com şikayəti təqdim edir:

Beləki 30.11.2023-cü il tarixində Baku Medical Plaza-da bir sıra analizlər vermişəm. Analiz verdiyim günü cavabları mail adresimə göndərməkləri üçün öz mail adresimi yazılı qoydum və cavabların nə vaxt çıxacaqını soruşanda “3-4gün ərzində çıxacaq”ını bildirdilər. Dekabr ayının 5-dən etibarən özüm hərgün xəstəxana ilə əlaqə saxlayaraq cavablarla maraqlanırdım. Dekabr ayın 8-i saat 17:10da yenidən əlaqə saxladım və qeydiyyatdakı xanım cavabların çıxdığını söylədi, nəzaman çıxdığını soruşdum, əvvəlcə bildirdiki “bunu biz görmürük”, təkrar bir neçə dəfə soruşandan sonra isə “cavablarınız dünən saat4-də çıxıb” dedi. Soruşdum ki,bəs nəyə görə mənə məlumat verilməyib və ya heçbir mail göndərilməyib, əməkdaş əvvəlcə bildirirki “bunu siz özünüz yığıb soruşmalısız”, sual verirəmki “bəs mail adresini nəyə görə qoymuşam? Bundan əlavə müştərisini məlumatlandırmaq xəstəxananın öz vəzifə borcu olduğunu bildirdim, az qala analiz cavablarının çıxmasından 2 gün keçib və hələdə siz xəstəni məlumatlandırmamısınız. Daha sonra əməkdaş bildirirki işimiz çoxdur, müştəri çoxdur, bildirdim əgər xidmət göstərə bilməyəcəksizsə müəyyən say müştəri qəbul edin.
Bundan sonra əməkdaş məni laboratoriya şöbə müdir müavini “Lalə xanım” adlı bir xanıma yönləndirdi. Bir müddət gözlədikdən sonra xanım telefonu götürüb bildirirki “Sizin verdiyiniz analizin cavabının çıxmağı ən azı 5-6 gün çəkir”. Halbuki məno analizi verməmişdim. Belə bir analizə heçbir aidiyyatım yoxdur. Bunu həmən müavinə bildirdikdə isə xanım “birazdan sizinlə əlaqə saxlayacam” deyib, dərhal telefonu söndürdü. Görünən bu idiki Laboratoriya Şöbə Müdirinin Müavininin heç pasiyentin hansı analizi verməyindən xəbəri belə yoxdur. Biraz keçdikdən sonra həmin xanım mənimlə əlaqə saxladı, bildirdiki “sizin analizlərə baxdım, ola bilərki əməkdaşın yadından çıxıb, hərkəsin başına gələ bilər və.s. kimi sözlər işlətdi. Bildirdim ki analiz verməyimdən artıq 10 gün keçib sabah isə şənbə və bazar qeyri iş günləridir, belə çıxır ki özümüz yığmasaq yarım aydırki analiz vermişəm,cavabdan isə heçbir məlumatımız olmayacaq. Bu arada onuda bildirimki 200-300 azn civarında məbləğ ödəniş etmişəm analizlərə. Xanıma bildirdimki insanlar əziyyətlə pul qazanır hansısa xəstəlik səbəbindən məcburiyyətdən gəlib analiz verir,hardasa 1aylıq maaşını 1günə ödəniş edirsə yüksək səviyyədə xidmət göstərmək lazımdır insanlara, dərhal analizlərimi göndərməklərini bildirdim və danışığı bitirdik.
Üstündən ən azı yarım saat keçdikdən sonra saat altıya qalmış mənim whatsapp nömrəmə hansısa tanımadığım oğlan tərəfindən analiz cavablarım yarımçıq olaraq göndərildi. Bu xəstəxana ilə yenidən əlaqə saxlayaraq bildirdimki “Rəsmi mail adresi qoyduğum halda kimin icazəsi ilə müştərinin (mənim) şəxsi məlumatlarını üçüncü bir şəxs əldə edir, hərhansı bir insan qeyri-qanuni öz whatsappına atır və whatsappla xəstəyə məlumat göndərilir? Mən sizə dəfələrlə mail adresimə göndərilməsini bildirmişəm. Telefona cavab verən əməkdaş isə xəstəxanada heçkim olmadığını bildirdi, bu əməkdaşa bildirdimki az öncə sizin əməldaşlarla və lab. şöbə müdir müaviniylə danışığımız olub,yenədə əməkdaş bildirdiki artıq heçkəs yoxdur işdə deyərəm sizlə əlaqə saxlayarlar. Bundan sonra heçkəs əlaqə saxlamadı. Cavablar isə növbəti gün səhər nəhayətki göndərildi. Göndərilən bir sənəddə analiz cavablarının çap olunma tarixi 01.12.2023 göstərilib. Mən isə yuxarıda qeyd etdiyim kimi dekabrın 8-i əlaqə saxladığım zaman əməkdaş cavabların dünən yəni dekabrın 7-si çıxdığını bildirirdi. Digər analiz cavabı isə 2 dəfə göndərilib ilk göndərdiklərində dekabrın 5-i digərində isə eyni analinizin çap tarixi dəyişdirilərək dekabrın 9-u qeyd edilib. Hörmətli Baku Medical Plaza vətəndaşlara bu dərəcədə aşağı formada və qeyri peşəkar xidmət göstərməyiniz yolverilməzdir. Birdaha sizə müraciət etməyəcəyik! Sizə etdiyimiz ödənişləri halal etmirik.

Qeyd edək ki, qarşı tərəfin də cavablarını işıqlandırıla bilər.

Baku Medical Plaza-dan ŞİKAYƏT "200-300 azn ödəniş etmişəm, amma analizlərin CAVABINI ALA BİLMİRƏM"

Tacxeber.com

Oxşar xəbərlər