Zəlzələ üzrə alim, Prof. Dr. Naci Görürün bir neçə ay fərqlə Gemliklə bağlı verdiyi açıqlamalar çaşqınlıq yaradıb. Tacxeber.com xəbər verir ki, iyul ayında Gemlikdə keçirilən seminarda danışan Görür canlı aktiv fayların keçdiyini deyib: “Nəyə, hara köçəcəyik? Gemlik və İstanbulu hara köçürəcəyik? Mərmərə, Tekirdağ, Dənizli bölgəsini hara köçürəcəyik? Bu, qəribə bir şeydir. Bu, bir az da cahilllikdir”.
Seysmoloq iki həftə əvvəl televiziya proqramında Gemlik haqqında qətiliklə daşınmaqla, aylar öncə dediklərini təkzib edib. Bu da beyinlərdə sual yaradıb. Seysmoloq bu dəfə iddia edib ki, Cemlik köçürülməlidir. hətta bunun üçün planın da olduğunu bildiurib:
“Hökumətimiz bunu proqnozlaşdırmışdı. Düşünürəm ki, qanun qəbul ediblər. Gemliyi köçürmək qərarına gəldilər. Sonra hansısa siyasi işlərlə məşğul oldular, o işdən əl çəkdilər. Gemlik mütləq köçürülməlidir. Gemlik hər iki qırılma üzərində, yəni Geyve-İznik-Gemlikdən Şimali Anadolu Fayının cənub qolunda yerləşir. Beləliklə, qaçmaq şansı yoxdur. Məncə, orada birmərtəbəli evlər olsa, daha yaxşı olardı”.