• 24 Noyabr 2024 17:49

“Tesla” robotu mühəndisə hücum etdi – KİV

“Tesla”ya məxsus bir robot Texas ştatındakı Ostin şəhəri yaxınlığındakı “Gigafactory Texas” zavodunda nasazlıq nəticəsində mühəndisə hücum edib.

Bu barədə “Daily Mail” qəzeti yazıb.

Nəşrin yazdığına görə, robot mühəndisə hücum etmək üçün metal caynaqlarından istifadə edib. Hücum nəticəsində mühəndis bel və qol nahiyəsindən yaralanıb.

Materialda həmçinin bildirilib ki, iki şahid robotun həmkarlarına necə hücum etdiyini görəndə baş verənlərdən dəhşətə gəlib.

Qeyd olunub ki, robot yeni tökülmüş alüminium avtomobil hissələrini tutmaq və hərəkət etdirmək üçün nəzərdə tutulub.

Hadisə 2 il əvvəl baş verib və 2021-ci il üçün açıqlanan zədə hesabatından məlum olub. Şirkət bunu gizlətməyə çalışsa da, indi baş verənlərin təfərrüatları üzə çıxıb.

Əlavə olaraq bildirilib ki, 2023-cü ilə qədər hər 21 “Gigafactory Texas” işçisindən 1-i iş yerində zədə alıb. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər