“Çılpaq gecə” qalmaqalı: Məşhur bloger həbs edilir. – Foto
Vergi idarəsi Nastya İvleyevaya qarşı yoxlamalara başlayıb.
Kult.az xəbər verir ki, bu barədə “Maş” (Mash) Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, rusiyalı blogeri “xüsusilə külli miqdarda vergidən yayınma” ittihamı ilə beş ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, İvleyevanın təşkil etdiyi gecə mərasimi Rusiyada böyük rezonansa səbəb olub. Bu tədbirə qatılan rusiyalı məşhurların bəzilərinin tamamilə çılpaq və yaxud həddən artıq açıq-saçıq geyinməsi, o cümlədən LGBT təbliği rusiyalı ictimai fəalları və ziyalıları, politoloqları, ekspertləri qəzəbləndirib. Tədbirə qatılan Filip Kirkorovdan “xalq artisti” adının geri alınması üçün hətta Duma üzvü Mədəniyyət Nazirliyinə müraciət edib.
Rusiya ziyalıları isə ardıcıl çıxışlar edərək, bu tədbirdə iştirak edənlərin “bağışlanmamasını” tələb edirlər.