• 24 Noyabr 2024 03:51

Rusiya-Ukrayna müharibəsi necə bitəcək? – “Sonda bu tərəf…”

Litva Prezidenti Gitanas Nauseda Rusiyanın Ukraynaya qarşı müharibəsinin uzunmüddətli və yorucu olacağını proqnozlaşdırır.

O,  Qərbin Ukrayna ordusunun əks-hücumunun müharibənin xarakterini dəyişəcəyini gözlədiyini, amma bunun baş tutmadığını etiraf edib.

“İndi bu, yenidən yorucu olacaq. Sonra hər iki tərəfin itkiləri hesablanacaq, axırda ölkələrdən birinin daha müharibəni davam etdirə bilməyəcəyi nöqtəyə çatmasını gözləyəcəklər”, – Nauseda bildirib.

Onun fikrincə, Rusiya cəbhədə təşəbbüsü ələ keçirməyə çalışacaq.

Litva lideri rus ordusunun Ukraynanın müdafiəsini yarmasının bu ölkənin məğlubiyyəti olacağı fikri ilə razılaşmır:

“Rusiya öz xalqının fikrini nəzərə almadan resursları səfərbər edə bilər. Digər dövlətin imkanları daha məhduddur. Bir daha təkrar edirəm: söhbət Ukraynanın məğlubiyyətindən getmir, müharibə ssenarisindən gedir, bu, Ukrayna üçün sərfəli deyil”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər