• 19 Sentyabr 2024 21:08

AXCP üzvünün həbsdə quru aclığa başladığı bildirilir

Dekabrın 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Elbəyi Kərimlinin həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib.

Bu barədə AXCP rəyasət heyətinin üzvü İlham Hüseyn sosial şəbəkə hesabında məlumat yayıb.

“Bu gün keçirilən məhkəmə prosesində həbs qətimkan tədbiri 20 gün artırılıb. Elbəyi bildirib ki, onu heykəli yazdığına görə həbs etsələr də, narkotik ittihamı ilə şərləyiblər”, – İ. Hüseyn bildirib.

Elbəyi Kərimlinin avqustda həbs olunduğu deyilir. AXCP 2 ay müddətində ondan xəbər ala bilməyib. Oktyabrın 25-də məlum olub ki, o, narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib və 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

“Abzas Media” yazır ki, Elbəyi Kərimli ittihamları qəbul etmir və mərhum prezident Heydər Əliyevin heykəlini yazdığına görə həbs edildiyini bildirir.

Rəsmi qurumlar məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.  (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər