• 26 Noyabr 2024 03:27

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edildi

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsini təsdiqləyib.

“Yeni Sabah” xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:

1. 13-cü maddə üzrə:

1.1. 13.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.1.4 – 13.1.6-cı maddələr əlavə edilsin:

“13.1.4. müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən;

13.1.5. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən;

13.1.6. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən.”;

1.2. 13.2.1-ci və 13.2.2-ci maddələrdə “və 13.1.2-ci” sözləri “, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı” sözləri ilə əvəz edilsin;

1.3. 13.2.3-cü və 13.8-ci maddələrdə “30” rəqəmləri “24” rəqəmləri ilə əvəz edilsin;

1.4. 13.4-cü maddədə “13.2.1-ci və 13.2.2-ci” sözləri “13.2.1 – 13.2.3-cü” sözləri ilə əvəz edilsin.

2. 15.1-ci maddədən “, lakin 20 faizdən çox olmamaq şərtilə” sözləri cıxarılsın.

3. 18.0.2-ci və 18.0.4-cü maddələrə “səbəblər” sözündən sonra “(hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.)” sözləri əlavə edilsin.

Tacxeber.com

Oxşar xəbərlər