• 25 Noyabr 2024 14:31

SOS: 2024-cü ildə 3 epidemiya təhlükəsi var

 

Alim və ekspertlər 2024-cü ildə 3 müxtəlif epidemiya xəstəliyinin yayıla biləcəyi barədə xəbərdarlıq ediblər. Mütəxəssislərin sözlərinə görə, COVİD-19 gələn il yayılmağa davam edəcək, həmçinin başqa iki xəstəliyin də sürətlə yayılma potensialı yüksəkdir.

Tacxeber.com İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib.

Səlahiyyətlilər İngiltərədə denge qızdırması və meymun çiçəyi virusunun yayılma ehtimalının yüksək olduğunu qeyd ediblər. Birləşmiş Millətlər Təşkilatı daxilində fəaliyyətini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatının Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması Departamentinə rəhbərlik edən Dr. Mariya Van Kerxova bildirib ki, qlobal iqlim dəyişikliyi və cinsi yolla keçən xəstəliklər bu epidemiyaların tətikləyiciləridir. Dr. Van Kerxova “British Sky News”a verdiyi açıqlamada COVİD-19-un yenidən artdığını və xroniki xəstəlikləri olan insanların və yaşlıların diqqətli olması lazım olduğunu söyləyib. O, peyvəndin əhəmiyyətini də xüsusi vurğulayıb.

Mütəxəssislər denge qızdırmasını ağcaqanadların yaydığını, bu xəstəliyin qlobal iqlim dəyişikliyinin və həddindən artıq isti hava şəraiti olan digər ölkələrə də keçə biləcəyini və İngiltərədə yoluxma sayının arta biləcəyini bildiriblər.

Denge qızdırması şiddətli əzələ sıxılmasına, bəzi hallarda ölümcül nəticələrə səbəb ola bilər. Xüsusilə Avropada aşkar edilən Asiya pələng ağcaqanadının bu xəstəliyi daşıdığı bildirilib. Xəstəliyin simptomlarına şiddətli baş ağrısı, göz arxasında ağrı və oynaq ağrısı daxildir.

Meymun çiçəyi narahatçılıq doğurur

Meymun çiçəyi virusu da son illərdə Avropada qısamüddətli epidemiya kimi beynəlxalq ictimaiyyəti narahat edir. Ümumilikdə mərkəzi və qərbi Afrika ölkələrində görülən bu xəstəliyin cinsi yolla yoluxduğu məlumdur.

Tacxeber.com

Oxşar xəbərlər