• 25 Noyabr 2024 21:36

UEFA-dan AFFA-ya siqnallar daxil oldu – Liqalar nəzarətə götürüldü

“Təəssüflər olsun ki, UEFA-dan hər iki liqa ilə bağlı müəyyən siqnallar almışıq”.

Bu sözləri “Azərtac” dövlət agentliyinə müsahibəsində AFFA-nın baş katibi Sərxan Hacıyev I və II Liqada danışılmış oyunların olması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu cür məsələlər aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülüb: “Güc strukturları ilə araşdırmalara başlamışıq. Sadəcə, konfidensiallığı nəzərə alaraq, komandaların adlarını və konkret hansı oyunların şübhəli olduğunu açıqlaya bilmirik. Hər xırda siqnal çox ciddi araşdırılır. Bu yola əl atan insanlara müraciətimiz odur ki, belə əməllərdən çəkinsinlər. Çünki sonda günahı sübuta yetirilənlər cəzasız qalmayacaqlar. Onlar üçün ən yüngül sanksiya futboldan ömürlük uzaqlaşdırılma olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər