• 20 Sentyabr 2024 20:25

Qeyri-adi rus silahları – Alman generaldan etiraf

 

Ruslar hətta döyüş meydanında soyuducu lampalardan istifadə edə bilirlər. Bu fikri Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə vəziyyət mərkəzinin rəhbəri general Kristian Freydinq deyib.

Tacxeber.com xəbər verir ki, general “Suddeutsche Zeitung” qəzetinə müsahibəsi zamanı bir sıra etiraflar edib.

Yüksək rütbəli hərbçinin sözlərinə görə, Rusiya hərbi-sənaye kompleksi lazımi səviyyədə qiymətləndirilməyib.

General etiraf edib ki, sanksiyalara baxmayaraq, Rusiya sənaye potensialını artıra bilib. Hərbi-sənaye kompleksi genişlənir və imkanlarını artırır. Qərbdə heç kim buna inanmırdı. Fredinq hesab edir ki, buna görə də onlar Ukrayna münaqişəsində istifadə oluna biləcək bəzi yardım imkanlarına məhəl qoymayıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl müdafiə naziri Sergey Şoyqu Rusiya hərbi sənaye kompleksinin ən populyar silahların istehsalını əhəmiyyətli dərəcədə artırdığını bildirib. O, qoşunlar fasiləsiz olaraq silahla təmin olunduğunu da deyib.

Tacxeber.com

Oxşar xəbərlər