• 21 Sentyabr 2024 18:26

Sinan Oğan Türkiyə Superkubokunun Xankəndidə keçirilməsini təklif edib

 

Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan Türkiyə Superkubokunun Xankəndi stadionunda keçirilməsini təklif edib.

Tacxeber.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Siyasətçi Türkiyənin “Fənərbağça” və “Qalatasaray” klubları arasında Ər-Riyadda planlaşdırılan oyunun ləğvi ilə bağlı insidenti şərh edib.

“Əgər ancaq xaricdə oynamaq istəyirsənsə, Xankəndidəki stadionu tövsiyə edirəm. Əks təqdirdə, bu matçı paytaxtda keçirmək daha yaxşıdır”, – türkiyəli siyasətçi qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər