Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan “Qalatasaray” və “Fənərbağça” arasında Superkubok finalının ləğvindən sonra matçın təşkilatçısı “Riyadh Season”dan ilk açıqlama gəlib.
Final qarşılaşması hər iki klub futbolçularının Atatürk yazılı köynəklərlə matçdan əvvəl isinmə hərəkətləri etmək istəməsi səbəbindən ləğv edilib.
“İlk növbədə qardaş Türkiyə Cümhuriyyəti ilə müxtəlif sahələrdə sıx əlaqələrimizdən qürur duyduğumuzu vurğulamaq istərdik. Matçın kənar şüarlar olmadan keçirilməsini tələb edən reqlamentə əməl olunacağını gözləyirdik. Bu məsələ xüsusilə TFF ilə görüşlərdə müzakirə olunmuşdu.
Türkiyə Cümhuriyyətinin statusunun tanınması üçün Türkiyə Respublikasının dövlət himninin səsləndirilməsi, stadionda və tribunalarda türk bayraqlarının nümayişi ilə bağlı razılığa gəlmişdik. Buna baxmayaraq, hər iki komandanın razılaşmaya əməl etməməsi təəssüf doğururdu ki, bu da matçın keçirilməməsinə səbəb oldu” -deyə şirkətdən bildirilib. (Baku.ws)