“2023-cü ili alnıaçıq, üzüağ başa vururuq. Sevinməyə, fəxr etməyə haqqımız var. İnanıram ki, 2024 daha uğurlu il olacaq”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova bu gün qonaq olduğu “Gül kimi şou” verilişində deyib. Müğənni 2024-lə bağlı arzularını dilə gətirib: “Qarabağ işğaldan azad olundu. İndi orda quruculuq işləri gedir. Yeni şəhərlər, kəndlər inşa olunur. Arzu edirəm ki, qonaq olduğum bu gözəl studiyadan Qarabağda da qurulsun. Qarabağda yeni televiziya yaradılsın, mən də onun rəhbəri olum”.
Brilliant Dadaşova Qarabağa köçmək, orada yaşamaq arzusunu dilə gətirib: “Bakıda nəfəs almaq olmur. Sanki hamımız bir əlcəyə pərçimlənmişik. Qarabağın təbiəti gözəl, havası təmzidir. Mən Qarabağa gedirəm, siz də arxamca gəlin”.