“Şou-biznesdə estetik etdirməyən yeganə insan özüməm” – Kamilə Babayeva
Xəbər verdiyimiz kimi, ötən gün “İctimai TV”də yayımlanan “Maska” şousunun növbəti buraxılışı baş tutub.
Aparıcı Kamilə Babayeva “Cırtdan” obrazı ilə şou göstərən iştirakçının özü haqqında açıqladığı faktlar zamanı “Estetik əməliyyat etdirmişəm” sözlərinə münasibət bildirib.
Kamilə şou-biznesdə ondan başqa hamının estetik etdirdiyini vurğulayıb:
“Ümumiyyətlə şou-biznesdə, bu sahədə estetik əməliyyat etdirməyən yeganə insan məncə özüməm. Heç nə etdirməmişəm. Burnumu ömürboyu deyiblər, eləmədim. Düşünürəm ki, necə varam, elə də yaxşıyam. Belə də qəbul olunmuşam”.
Əməkdar artist Coşqun Rəhimov isə onun açıqlamasına zarafatla “Çox nahaq, gərək elətdirərdin” deyə, qarşılıq verib.
Xatırladaq ki, ötən gün yarışmanı “Xalça” obrazı tərk edib. Maskanın altında aparıcı Ceyhun Əlinin olduğu ortaya çıxıb.
Qeyd edək ki, şouda münsif kürsüsündə həmçinin, Xalq artisti Faiq Ağayav, müğənnilər Murad Arif və Nigar Camal əyləşir.