Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ildə 50,012 milyard dollar artıb.
Tacxeber.com Bloomberg-ə istinadla xəbər verir ki, Milyarderlər İndeksinə əsasən, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,29 milyard dollar qazanıb, sərvəti 24,7 milyard dollara yüksəlib.
“Eurochem”in və Sibir Kömür Enerji Şirkətinin həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 5,67 milyard dollar artaraq 17,2 milyard dollara çatıb.
Eyni zamanda, Novolipetsk dəmir-polad zavodunun direktorlar şurasının sədri Vladimir Lisin 4,08 milyard dollar qazanıb, sərvəti 23,9 milyard dollardır.
Acron-un əsas səhmdarı Vyaçeslav Kantor ən böyük itkiyə məruz qalıb, onun sərvəti 0,149 milyard dollar azalaraq 6,21 milyard dollara düşüb.