• 20 Sentyabr 2024 08:12

İstirahətdəyəmsə, nə qədər versələr də, oxumaram – Röya

 

“Heç zaman pulsuz konsert vermərəm! Qonorar almadan heç bir məclisə getmirəm”. 

Bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

“Ümumiyyətlə, heç bir dəvətlərə və məclislərə pulsuz getmirəm. Əvvəllər gedirdim. Niyə kiminsə məclisini pulsuz oxumalıyam? Özü də pulsuz olanda çox ağır olur. Məclisi və ya dəvəti edən şəxs gərək mənə hədiyyə alsın. O hədiyyə isə gərək bahalı olsun. Mən özüm jest edən bir xanımam. Əlbəttə ki, könlüm istəyən yerə özüm gedirəm. Amma əgər mən istirahət edirəmsə, məni öldür, evdən çıxmaram, nə qədər versələr də, gedib haradasa oxumaram. Qonorarsız o yerə gedərəm ki, dostlarım, əzizlərim var orada”.

Oxşar xəbərlər