Proqnozu Yeni ildən bir neçə saat əvvəl gerçəkləşdi – Nostradamus daha nələr deyib?
Fransız öngörücü Nostradamusun 2024-cü il üçün verdiyi dəhşətli proqnozlardan biri Yeni ilə bir neçə saat qalmış gerçəkləşib.
Əsl adı Mişel de Nostredame olan öngörücü 450 il əvvəl bəşəriyyətin gələcəyi ilə bağlı bir çox düzgün fərziyyələrin qeyd edildiyi “Les Propheties” kitabının müəllifidir. Onun Adolf Hitlerin hakimiyyətə gəlməsini, prezident Con Kennedinin öldürülməsini, COVID-19 pandemiyasının başlanğıcını və hətta 2022-ci ildəki yaşayış böhranını dəqiq proqnozlaşdırdığına inanılır.
Bu yaxınlarda Nostradamusun daha bir uğurlu proqnozuna şahid olduq. O, 2024-cü il haqqında:
“Quru Yer daha da quruyacaq və böyük daşqınlar olacaq”- yazıb. Ekstrasensin pərəstişkarları bunun Yaponiyada ötən gün (1 yanvar) 7,4 bal gücündə zəlzələdən sonra müşahidə edilən sunami xəbərdarlığına aid olduğuna inanırlar.
Qeyd edək ki, böyük sunami xəbərdarlığından sonra bir neçə bölgədəki sakinlərə dərhal təxliyə əmri verilib. Mütəxəssislər əvvəlcə dalğaların 5 metr yüksəkliyə çata biləcəyini proqnozlaşdırıblar.
Nostradamus həmçinin “vəba dalğası səbəbindən çox böyük bir aclıq” gözlənildiyi barədə xəbərdarlıq edib. Bu o deməkdir ki, proqnoz doğru çıxsa, dünyanı daha da pis hadisələr gözləyəcək. Bununla belə, Nostradamus təkcə təbii fəlakətləri qabaqcadan görmür. O, öz kitabında 2024-cü ilin Kral Çarlz üçün təlatümlü olacağını yazır.
“Les Propheties” kitabında belə deyilir: “Adaların kralı zorla qovulur… onun yerinə kral əlamətləri olmayan biri gələcək”.