• 24 Noyabr 2024 08:47

Qabığını zibilə atmayın – Dəmləyib için görün nələrə çarədir

qabigini-zibile-atmayin

Ananası çoxları sevir. Etiraf edək ki,  qabıqlarını dərin doğrayıb  zibilə atırıq. Bundan sonra ananasın qabığını zibilə atmayın. 

Tacxeber.com ananas qabığının faydalarını təqdim edir:

Ananas qabığı arıqlamağa kömək edir

Ananasın iç qabığında ananasdan iki dəfə artıq bromelain maddəsi var. Ona görə də həzmə və zəifləməyə kömək edən qidalar arasında yer alır. Ananas qabığı sellulitləri məhv edir. Mükəmməl sidikqovucu olduğu üçün orqanizmdə toplanan artıq mayeni ifraz edərək arıqlmağa kömək edir. Bədəndəki şişkinliyi götürür. Arıqlamaq istəyənlər ananas   qabığı çayını mütləq içməlidirlər.

Ananas qabığı çayı necə hazırlanır?

1 ədəd ananasın qabıqlarını yaxşıca yuyun,  tikanlı qabıqlarının olduğu yaşıl tərəfi doğrayın və 1 saat duzlu suda saxlayın.

Duzlu suyu tökün və ananas qabıqlarının üzərinə 2 litr su əlavə edin.

Sonra bir az zəncəfil, 1 çubuq darçın və yarım dilim limon atıb bir neçə dəqiqə dəmləyin.  Gündə 3 dəfə,  ara paylarda qəbul edin.

Öskürəyə  tam çarə

Ananasın tərkibində olan bol miqdarda bromelain komponenti öskürəyi kəsir. Qabığını yemək çətin olduğuna görə,  çayını hazırlaya bilərsiz.  Ananasın qabıqlarını yuyub doğradıqdan sonra dərin tavaya qoyun,  üzərini örtəcək şəkildə qaynar su əlavə edin,  1 saat gözlədikdən sonra suyunu süzün və bal əlavə edin.  Ananas qabığının suyu balla qatışdıqdan sonra öskürəyi dərhal kəsəcək.

Mədə probleminin təbii çarəsi

Ananas qabığına yaxın sərt nahamar hissəsi lif, C vitamini və bromelain maddələrindən ibarətdir.  Bromelain fermenti qidaları və ölü hüceyrələri həzm sistemində yaxşıca parçalayar və mədəni qoruyar. Həzm prosesini yaxşılaşdıran ferment olan bromelain həzmə çox kömək edir. Bağırsaq funksiyasını yaxşılaşdırır və qəbizliyə yaxşı təsir edir.

Döyənəyi aparır


Ananas qabığında olan yararlı fermentlər ayaqdakı döyənəkləri təbii olaraq yumşaldır. Qabığını soyduqdan sonra qabığın iç tərəfini ayağınızda yaranan bərkimiş hissəyə, döyənəyin üzərinə qoyun və bir gecə saxlayın. Ölü dərini asanlıqla parçaladığı üçün döyənəklərdən tez bir zamanda xilas ola bilərsiniz.

Xərçənglə mübarizə aparır

Bromelain xərçəngə qarşı çox təsirli qoruyucudur. Ananas kimya terapiya ilə bərabər istifadə edildikdə xərçəng hüceyrələrinin böyüməsini əngəlləyər. Eyni zamanda sizi prostat və yoğun bağırsaq xərçəngindən qoruyan beta karotin baxımından zəngindir.

Tacxeber.com

Oxşar xəbərlər