• 25 Noyabr 2024 00:50

Qorbaçov Xanlarovaya niyə fəxri ad verməkdən imtina etdi? – Dedim ki, cəhənnəmə ver!

Sosial şəbəkə istifadəçiləri AzTV-nin Yeni il konsertindəki ifası ilə diqqət çəkən Xalq artisti Zeynəb Xanlarovanın həm sənətkar, həm də ictimai xadim kimi keçmiş fəaliyyətini saf-çürük etməkdədirlər.

 

 

Mövzunun gündəm olduğunu nəzərə alaraq, Zeynəb Xanlarova ilə bağlı bəzi maraqlı məlumatları təqdim edirik.

 

 

Bu məlumatlar Zeynəb Xanlarovanın 1990-cı ildə törədilmiş 20 Yanvar qırğınından sonrakı davranışı və o vaxt SSRİ prezidenti Mixail Qorbaçovun ona  “Sosialst Əməyi Qəhrəmanı” fəxri adını verməkdən imtina etməsilə bağlıdır.

 

 

1990-cı il 20 Yanvar hadisəsi törədiləndən sonra Zeynəb Xanlarova SSRİ hökümətinə meydan tribunasından etiraz edərək, ölkə rəhbəri Mixail Qorbaçova “ölüm!” deməsi ilə xatırlanır.

 

 

Yanvarın 20-də baş vermiş faciə ilə əlaqədar Zeynəb Xanlarova“Şəhidlər” ağısı ifa etməklə fəryad edib.

Keçmiş Ali Sovetin yanvarın 22-də keçirilən sessiyasında deputat Zeynəb Xanlarova ölkə rəhbərliyini pisləyən sənədə imza atıb.

 

 

Həmin vaxtlar fövqəladə vəziyyət şəraitində qadağalara məhəl qoymayan sənətkar sürücüsünü evinə göndərib öz şəxsi videokamerasını Ali Sovetin binasına gətirdərək, sessiyanın lentə alınmasına nail olub.

Zaynəb Xanlarova 20 Yanvar qətliamından sonra Şəhidlərin ruhuna hörmət əlaməti olaraq səhnə fəaliyyətinə də 1 il fasilə verib.

 

 

SSRİ prezidenti Mixail Qorbaçov isə ona “Sosialist Əməyi Qəhrəmanı adı” verməkdən imtina edib.

 

 

Zaynəb Xanlarovının xatirələrindən:

“O zaman mən SSRİ prezidenti Mixail Qorbaçovun ünvanına sərt bir məktub yazdım. Birini də “Komsomolskaya Pravda” qəzetinə göndərdim. Allah bilir ki, məktubda nələr yazmışdım. Sonralar Heydər Əliyev mənə dedi ki, ay qız, o nə yazı idi yazmışdın? Qorxmurdun ki, səni o yazıya görə məsuliyyətə alarlar?

Bu, o vaxt idi ki, mənə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı verilməsi haqqında fərman Qorbaçovun masasının üstündə idi. Bircə imza atmağı qalmışdı. Mənim yazımı oxuyandan sonra həmin fərmanı kənara tullayıb demişdi: “Eto ta narodnaya artistka SSSR Zeynab Xanlarova? Posle etoqo pisma yey ne polojeno eto poçetnoe zvaniy “Qeroy Sosialistiçeskoqo Truda”. (Bu həmin SSRİ Xalq Artisti Zeynəb Xanlarovadır? Belə məktubdan sonra ona “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı düşmür). Mən də dedim ki, cəhənnəmə versin! Mən elə Zeynəbəm, Zeynəb kimi qalmağım mənə bəs edər!”

Tacxeber.com

Oxşar xəbərlər