• 23 Noyabr 2024 18:29

Rəcəb Babaşovdan sonra Mingəçevir Şəhər İşiqlanma İdarəsi də 1 manatlıq şirkəti tenderdə qalib etdi.

Nizamanmə kapitalı 1 AZN olan “LEADS GROUP SUPPLY” MMC-ni Qazax Rayon İcra Hakimiyyəti elan etdiyi iki tenderdə qalib etməsi barədə xəbər vermişdik.

Sözügedən MMC bu dəfə Mingəçevir Şəhər İşiqlanma İdarəsinin tenderinin qalibi olub.

Belə ki, idarənin 2023-cü il ərzində mövcud işıqlanma sisteminin istismarı ilə əlaqədar alınacaq mal – materialların satınalınması ilə bğlı elan etdiyi tenderdə “LEADS GROUP SUPPLY” MMC qalib olub və tərəflər arasında 54.918,62 AZN-lik müqavilə imalanacağı gözlənilir.

Tenderə əsasən idarə Lampa (civə-buxar),Kompakt (led) lampa, Elektroavtomat, elektrik, Kabel AVVQ, Müxtəlif rəngli boyalar, izolent, İmpulslu alışdırıcı, və.s ilə təmin olunmalıdır.

Bildirək ki, tenderin qalibi olan “LEADS GROUP SUPPLY” MMC-nin qanuni təmsilçisi ƏLİ ƏHMƏDOV VİDADİ OĞLUdur. Şirkətin nizamnamə kapitalə isə cəmi 1 AZN-dir.

Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mingəçevir Şəhər İşiqlanma İdarəsinin rəisi isə Azəri İsmayılovdur.

Tacxeber.com

Oxşar xəbərlər