Rusiya Daxili İşlər Nazirliyi 2024-cü il yanvarın 7-dən bütün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin patent alarkən və ya işə düzələrkən doldurmalı olacağı bildiriş formasını təsdiqləyib.
Tacxeber.com RIA Novosti-yə istinadla xəbər verir ki, patent almış əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin əmək fəaliyyətini həyata keçirməsi barədə bildiriş verildiyi gündən 2 ay ərzində DİN-in regional orqanına təqdim edilir.
Ona əmək müqaviləsinin surəti əlavə edilməlidir. Bundan başqa, bildirişdə işin görülməsi üçün mülki müqavilə, əgər şifahi şəkildə bağlanmışsa, məlumat göstərilməlidir.