• 20 Sentyabr 2024 17:26

Türkiyədə əməliyyat: Bu ölkəyə işləyən 33 nəfər saxlanıldı

 

Türkiyə təhlükəsizlik qüvvələri İsrailin xeyrinə casusluqda şübhəli bilinən 30-dan çox adamı saxlayıb, daha 13 nəfər isə axtarışdadır.

Tacxeber.com xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

“İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 8 vilayətdə “Mossad”a casusluq etməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb. 46 nəfərin tutulması üçün order verilib, qalanları hələ də axtarışdadır”, – deyə agentlik məlumat yayıb.

Qeyd olunur ki, “Mossad” Türkiyədə xarici vətəndaşları təqib etmək, onlara hücum etmək və qaçırmaq üçün əməliyyatlar planlaşdırıb.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya dekabr ayında bildirib ki, İsrail kəşfiyyatının Türkiyə ərazisinə HƏMAS liderlərinə qarşı hər hansı hücumu qəbuledilməzdir, belə bir hadisə baş verərsə, İsrail “ağır bir bədəl” ödəyəcək.

Tacxeber.com

Oxşar xəbərlər