Ukrayna Müdafiə Nazirliyi FPV pilotsuz təyyarələrinin ilk partiyalarının alınmasını sifariş edib.
Tacxeber.com “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov yazıb.
Ümumilikdə, dövlət 2024-cü ildə ən azı bir milyon dron almağı planlaşdırır.
“İlk dəfə ordunun pilotsuz təyyarələrə tam real ehtiyacının dəqiq hesablanması və ümumiləşdirilməsi vacibdir. Biz səmərəli maddi-texniki təchizat, alış xərclərini azaltmaq və kifayət qədər döyüş hissələri istehsal etmək üzərində işləyirik”, – Umerov yazıb.