• 20 Sentyabr 2024 12:48

Azərbaycanda tanınmış məşqçi VƏFAT ETDİ – FOTO

 

Azərbaycanın əməkdar cüdo məşqçisi Viktor Kuznetsov vəfat edib.

Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Qeyd edək ki, ölkəmizin ilk cüdo məşqçilərindən olan Viktor Kuznetsov 1946-cı ildə anadan olub. Onun tələbələri SSRİ birinciliklərində, Azərbaycan çempionatlarında və beynəlxalq yarışlarda müxtəlif mükafatlar əldə ediblər.

V. Kuznetsov Rusiyada qadınlardan ibarət yığmanın baş məşqçisi, həmçinin, bu ölkədə Cüdo və Sumo Federasiyasının baş katibi olaraq çalışıb.

Tacxeber.com

Oxşar xəbərlər