Alimlərin ən yeni tədqiqatı göstərir ki, Əhdi-Ətiqdə Musa üçün Qırmızı dənizin ayrılması möcüzə yox, “meteoroloji hadisələr”lə bağlı olub.
Tacxeber.com xəbər verir ki, Musanın Qırmızı dənizin sularını ayırmasının – Bibliya möcüzəsinin elmi izahı verilib. “Daily Mail” bildirir ki, yeni araşdırmalara görə, israillilərin misirlilərdən qaçmasına imkan vermək üçün Qırmızı dənizi ikiyə bölən Musa, bəlkə də, möcüzə göstərməyib.
Lester Universitetinin Biologiya Elmləri Məktəbinin məlumatına görə, ərazinin qurumasını izah edə biləcək dörd təbiət hadisəsi var: Mənfi dalğalar, şərq küləkləri, gelgit dalğaları və “Rossby” adı verilən dalğalar. Məhz bu təbiət hadisələri insanların dənizi piyada keçməsi üçün imkan yarada bilər.
Bir izahat küləyin zəifləməsi adlanan fenomen ola bilər ki, bu zaman güclü və davamlı küləklər bir ərazidə suyun səviyyəsini aşağı salaraq suyun küləkdən aşağıya yığılmasına səbəb olur. Alimlər bildiriblər ki, suyun uzun müddət aşağıda qalması üçün küləyin sürəti “əhəmiyyətli” olmalıdır.