Rusiya Prezidenti Vladimir Putinin bəyan etdiyi kimi, intiqam cavabı Ukraynaya baha başa gələcək. Artıq ikinci gündür ki, rus ordusu Ukrayna ordusunun Rusiyanın Beqoroda şəhərinə çoxsaylı insan itkisi ilə nəticələnən hücumuna cavab olaraq genişmiqyaslı hücuma keçib.
Tacxeber.com Rusiya və Ukrayna mediasına istinadən xəbər verir ki, yanvarın 2-dən etibarən rus ordusunun Ukraynanın başda paytaxt Kiyev olmaqla, müxtəlif şəhər və qəsəbələrinə təşkil etdiyi genişmiqyaslı hava hücumu nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə insan yaralanıb. Hücumlar eyni zamanda ciddi dağıntılarla müşahidə edilib. Aviazərbələr və PUA hücumu nəticəsində nəinki infrastruktur, binalar, eyni zamanda yaşayış binaları, xəstəxanalarda belə ciddi dağıntılar müşahidə edilib.
Rus ordusu intiqam cavabı olaraq genişmiqyaslı quru hərbi əməliyyatlarını sürətləndirib. Hazırda ən gərgin döyüş Avdeeyevka istiqamətində gedir.