• 20 Sentyabr 2024 21:33

Şarjda qalan telefon FACİƏYƏ səbəb oldu

Şarjda qalan telefon FACİƏYƏ səbəb oldu

Türkiyənin Diyarbəkir vilayətində şarj cihazına taxılan telefonun alışması nəticəsində baş verən yanğında ana və 4 uşağı xəsarət alıb.

Tacxeber.com musavat.com-a istinadən bildirir ki, yanğın gecə saatlarında Bağlar rayonu Muradiye məhəlləsində baş verib.

İddiaya görə, ana evdə yatarkən telefonu şarjda saxlayıb.

Məlumata gözrə, yanğında ana Ruken K.(30 yaş) və uşaqları Umut (11), Buse (9), Onur (7) və Həsrət K. (3) tüstüdən zəhərlənib.

Yuxudan ayılan və alovu görən Ruken K. ətrafdakılardan kömək istəyib. Hadisə yerinə gələn xilasedicilər ana və 4 uşağı təxliyə edərək xəstəyanaya yerləşdirib.

Tacxeber.com

Oxşar xəbərlər