Federal Təhqiqat Bürosu (FTB) məlumat bazasında aparılan təhlildə hansı bürclərin cinayətə və qətlə daha çox meylli olduğu məlum olub.
Tacxeber.com həmin bürcləri təqdim edir:
1.Xərçəng
Xərçəng ən çox psixopat olan bürc kimi zirvədədir. Bu bürcün nümayəndələri qəfil parlayan xarakterləri ilə ən çox qətl törədən ilk bürcdür. Bundan əlavə, digər bürclərdən fərqli olaraq bu bürcün törətdiyi qətllərin əksəriyyəti qısqanclıq kimi emosional əsaslı şeylərdən qaynaqlanır.
Normal şəraitdə onun emosional və anlayışlı olduğu deyilsə də, bu bürcün nümayəndələri güclü psixi balanssızlıqlar yaşayır. Zehni balanssızlıqlar onların ətrafdakı dost və qohum dairəsinə tez-tez hücum etmələrinə səbəb olur.
2.Əqrəb
İkinci ən təhlükəli bürc olan Əqrəb qısqanc və aqressiv cəhətlərinə görə diqqətə alınması lazım olan bürclər arasındadır. Ətrafındakı insanlara və xüsusən də eşq həyatında qısqanclıq hissi yüksək səviyyəyə çatdıqda zərər verə biləcək dərəcədə əks olunur.
Əqrəblərin sirli təbiəti və qorxmazlığı onları statistik olaraq ikinci ən təhlükəli bürc edir. Özlərinə edilən pisliyi heç vaxt unutmurlar və amansızlığa cavab verməklə məşhurdurlar.
Əqrəb bürcünə mənsub cinayətin qorxulu tərəfi, törətdikləri qətllərin çoxunu qurban üçün ağrılı və sadist üsullarla törətmələridir.
3.Oxatan
Oxatan bürcünün ən əhəmiyyətli xüsusiyyəti hirsləndiyi və əsəbiləşdiyi zaman hər an hər şeyi edə bilməsidir. Onun kin-küdurəti heç vaxt getmir və o zəhəri sizə göstərmək üçün əlindən gələni edir. Oxatanlar heç gözləmədiyiniz anda yersiz cümlələri və davranışları ilə sizdən qisas almağa çalışırlar.
Dünyanın ən az bürcü olmasına baxmayaraq, çox sayda cinayətkar çıxarması Oxatan bürcünü həqiqətən təhlükəli edir. Bu günə qədər cinayət dünyasının kralı olan Oxatan bürcünün siyahının başında olmamasının yeganə səbəbi qətllərin çoxunun özü deyil, onun əmri altında olan digər insanlar tərəfindən törədilməsidir.