Ukraynada azərbaycanlı itkin düşdü – Video Dünya 04 Yanvar 2024 18:31 165 PaylaşUkraynada müharibə davam edir.Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.O bildirib ki, Zaporojye, Xerson, Xarkov və Donetsk vilayətində vəziyyət gərgindir:“Bir gecədə 58 hərbi toqquşma baş verib. Hər iki tərəf kifayət qədər itki verib”.Qeyd edilib ki, Zaporojye vilayətində əslən azərbaycanlı olan 1978-ci il təvəllüdlü Pənah Əli oğlu Hüseynov 10 gündür itkin düşüb.O da bildirilib ki, Ukrayna 230 hərbi əsiri Rusiyadan geri qaytarıb. Əsirlərin siyahısı açıqlanmayıb.Tacxeber.com